“Bayern” “Napoli”nin müdafiəçisi Kim Min Jae ilə anlaşıb. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Futbolinfo.az xəbər verir ki, Cənubi Koreya millisinin müdafiəçisi Almaniya çempionu ilə 5 illik müqaviləyə razılıq verib. 27 yaşlı oyunçunun sərbəst qalma məbləği 50 milyon avrodur. Münhenlilər bu məbləği qarşı tərəfə ödəyərsə, keçid reallaşacaq.

Qeyd edək ki, Kim Min Jae “Napoli”yə 2022-ci ilin yayında Türkiyə klubu “Fənərbağça”dan keçib. O, ilk ilindəcə İtaliya çempionu olmağı bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp