Serxio Ramos “Sevliya”ya qayıdır. Bu klubda parlamağa başlayan, “Real”a keçdikdən sonra dünya ulduzuna çevrilən müdafiəçi karyerasını bitirmək üçün Əndəlüsə dönməyin planlarını cızır.

Futbolinfo.az xəbər verir ki, PSJ-dən azad agent kimi ayrılan ispaniyalı ərəb klublarının təkliflərini geri çevirib. O, Avropada qalıb Çempionlar Liqasında oynamaq istəyir.

“Sevilya”da yetişən, 2005-ci ilədək bu klubda oynayan müdafiəçi, Madriddə keçirdiyi 16 il ərzində böyük uğurlar qazanıb. Son iki ili PSJ-də keçirən 37 yaşlı futbolçu burada da çempion olmağı bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp