MLS təmsilçisi “İnter Mayami”nin yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu vəzifəyə Xerardo Martino təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“İnter Mayami” bu ay Lionel Messini transfer edib. Martino “Barselona” və Argentina millisində də 36 yaşlı hücumçunun baş məşqçisi olub.

Xatırladaq ki, 60 yaşlı mütəxəssisin son iş yeri ötən ilin noyabrında ayrıldığı Meksika millisi idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp