Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Matç TV” turnirində “Neftçi”nin rəqiblərindən olan yerli “Zenit” komandası ciddi itkilərlə üzləşib.
Futbolinfo.az-ın “bobsoccer” saytına istinadən məlumatına görə, Rusiya klubu turnirin ilk turunda “Neftçi” önünə ideal heyətlə çıxa bilməyəcək.
Belə ki, komandanın 8 oyunçusu Azərbaycan təmsilçisi ilə görüşdə məşqçilər korpusunun sərəncamında olmayacaq. Onlardan 6-sı cənubi amerikalıdır – braziliyalılar Malkom, Vendel, Robert Renan, Rodriqao və kolumbiyalılar Matteo Kassierra, Vilmar Barrios.
Bundan başqa qazaxıstanlı Nurali Alip və yerli oyunçu Daler Kuzyayev də iyulun 1-dəki görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Zenit” – “Neftçi” oyunu “Qazprom Arena”da keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp