Oyunçuların Həmkarlar İttifaqı və Milli Basketbol Assosasiyası kollektiv razılaşmanın imzalandığı haqda bəyanatla çıxış edib. Müqavilə uzun müddət idi ki, dəqiqləşdirilirdi və nəhayət tərəflər kompromis əldə edərək razılığa gəlib.

Yeni sözləşmənin müddəti 7 illik nəzərdə tutulub. MBA ilə Həmkarlar İttifaqı arasında əvvəllər də bu müddətə razılaşmalar olub. Yeni müqavilə iyulun 1-də qüvvəyə minir və 2029/2030 mövsümünün sonuna qədər davam edəcək.

Xatırladaq ki, tərəflər arasında anlaşmaların əsas məqsədi oyunçuların hüquqlarının qorunması və MBA-nın təqviminin davamlılığıdır. Həmkarlar İttifaqı ilə MBA arasında razılıq olmadığı vaxtlarda oyunların keçirilməsində fasilə yaranırdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp