Fransanın “Strasburq” klubu baş məşqçisi Frederik Antonetti ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransadan olan 61 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Frederik Antonetti bu ilin fevral ayında Strasburq təmsilçisinin “sükanı arxasına” keçmişdi.

“Strasburq”un müdafiəçisi Maksim Le Marşan da klubdan ayrılıb. 33 yaşlı futbolçu karyerasını başa vurduğu üçün komandanı tərk edib.

Sol cinah yarımmüdafiəçisi Dimitri Lyenar da klubdan ayrılıb. 35 yaşlı vinger 2013-cü ildən formasını geyindiyi komandadan müqaviləsinin müddəti bitdiyi üçün ayrılıb.

Shares: