UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Linkoln” klubunun kapitanı Bernardo Lopesin futbolinfo.az saytına müsahibəsi

– Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaqsız. Rəqibiniz barədə düşüncələrin necədir?

– Statistik olaraq götürsək, “Qarabağ” favoritdir. Amma futbolda bunların çox da önəmi yoxdur. Meydanda 90 dəqiqəlik iki oyun, bəlkə daha çox mübarizə olacaq. Hər şey bu matçlardan sonra görünəcək.

– Bir dəfə Konfrans Liqasının qrup mərhələsində oynamısınız. Bu dəfə hədəf daha yüksəkdir?

– Bizim hədəfimiz hər turnirdə yaxşı nəticə qazanmaqdır. Hazırda Çempionlar Liqasına köklənmişik. Düşünürəm ki, “Qarabağ”ı məğlub edib növbəti mərhələyə adlaya bilərik və bunu hədəfləmişik.

– İlk dəfə Azərbaycan təmsilçisi ilə üz-üzə gələcəksən?

– Bəli. Nə klub olaraq, nə də yığmada Azərbaycan təmsilçiləri ilə qarşılaşmamışam. Bu, ilk olacaq.

– Püşkatmadan sonra “Qarabağ”ın oyunlarına baxdın?

– Əlbəttə. Biz neçə həftə öncə hazırlığa başlamışıq. Sadəcə, püşkatmadan sonra “Qarabağ”ın oyunlarına baxdıq. İndi bu matçlara köklənmişik.

– İlk oyunu evdə oynayacaqsız. Doğma meydanda yaxşı nəticə qazana biləcəksiz?

– Biz bilirik ki, 180 dəqiqəlik ağır mübarizə var. Böyük komandaya qarşı çətin oyun keçirəcəyik. Biz ilk oyunu doğma azarkeşlərimiz önündə evdə oynayacağıq. Çalışmalıyıq ki, yaxşı nəticə qazanaq. Bundan sonra səfər matçı haqqında yaxşı fikirlər yaranacaq.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp