“Qəbələ” “Eştoril”dən ayrılan Lukas Afriko ilə bu gün müqavilə bağlaya bilər. Futbolinfo.az-ın xəbərinə görə, futbolçu artıq Azərbaycandadır.

O, tibbi müayinədən keçəcək. Hər şey qaydasında olsa, 28 yaşlı mərkəz müdafiəçisi ilə rəsmi sözləşməyə qol çəkiləcək.

“Zirə”yə gedən Ruan Renatonun yerini dolduracaq oyunçu 2018-ci ildən Portuqaliyada oynayır. “Maritimo”da legioner karyerasına başlayan futbolçu “Eştoril”ə icarəyə verilmiş, 2021-də brdəfəlik satılmışdı. Onunla bu yay bitən müqavilə yenilənməyib.

Shares: