Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
63 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi diqqətə çatdırılıb.
Kondratyev 2021-ci ilin yayından milliyə rəhbərlik edirdi. O, 2011-2014-cü illər aralığında da yığmanı çalışdırmışdı.