“Sassuolo” heyətini iki yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, sözügedən klub “Roma”nın gənc futbolçuları Kristian Volpato ilə Filippo Missorini heyətinə qatıb.

“Sassuolo” onların transferi üçün paytaxt klubuna bütövlükdə 10 milyon avro (Volpato üçün 7,5, Missori üçün 2,5) ödəyib.

Volpato 2022-ci ildən “Roma”nın əsas komandasında çıxış edirdi. 19 yaşlı yarımmüdafiəçi “canavarlar”ın heyətində 14 oyun keçirib, 2 qol vurub. Missori isə “Roma”nın əsas komandasında 4 oyun keçirib.

Hər iki futbolçu İtaliyanın gənclərdən ibarət yığmasına dəvət alır.

Shares: