Osiyek şəhər prokurorluğu İspaniya “Real”ının və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç və Fransanın “Olimpik” (Lion) klubunun müdafiəçisi Deyan Lovreni yalan ifadə verməkdə ittiham edib. Bu barədə Xorvatiyanın “Hina” agentliyi məlumat yayıb.
Modriç və Lovren 2017-ci ildə Zaqreb “Dinamo”sunun keçmiş prezidenti Zdravko Mamiçə qarşı açılan cinayət işində yalan şahidlikdə ittiham olunurlar. Mamiç “Dinamo”nun oyunçuları xarici komandalara keçərkən vergidən yayınmaqda və 15 milyon avrodan çox pul mənimsəməkdə ittiham olunurdu. Nəticədə Mamiç 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci ildə Modriç və Lovren artıq yalan ifadə verməkdə ittiham olunsa da, 2018-ci ildə Zaqreb məhkəməsi futbolçulara bəraət qazandırıb.