“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo” (Minsk) klubları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 20-də oynanılacaq I təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.
Görüş “Qarabağ”a məxsus “Azersun Arena”da təşkil olunacaq. Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcəklər.
Tərəflər arasındakı ilk oyun isə ayın 13-də Sarayevoda baş tutacaq.
Xatırladaq ki, “Neftçi” 2-ci təsnifat mərhələsində məhz bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.