Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəni dayandırıblar.
Futbolinfo.az xəbər verir ki, təsnifat mərhələsinin (trap) 2-ci günündə çıxış edən idmançılar finala adlaya bilməyiblər.
Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub.
Xatırladaq ki, daha öncə Azərbaycanın digər atıcısı Ruslan Lunyov 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlmişdi.