AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2022/23-cü il mövsümünə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, “Sabah” Futbol Akademiyasının komandaları son mövsümdə də uğurlu nəticələrə imza atıblar.

Klubun U-13 komandası mövsümü qızıl medallarla başa vurub. Savalan Əlizadənin yetirmələri liqanın final oyununda “Neftçi”ni 2:0 hesabıyla məğlub edərək, çempion olublar.

U-14 Liqasında mübarizə aparan müvafiq yaş qrupundan ibarət komanda yarışın həlledici oyununa vəsiqə qazanıb. Elvin Həsənovun baş məşqçisi olduğu komanda yalnız final oyununda “Qarabağ”a məğlub olaraq (1:2) liqanı ikinci pillədə – gümüş medallarla başa vurub.

“Sabah”ın U-15 komandası da uğurlu mövsüm keçirib. Elnur Zeynalovun yetirmələri U-15 Liqasının final oyununda “Neftçi” ilə qarşılaşıb. Həlledici matçda minimal hesabla qələbə qazanan komanda mövsümü çempion kimi başa vurub. “Sabah”ın U-15 komandasının futbolçusu İslam Həsənov isə 76 qolla liqanın bombardiri olub.

U-16 Liqasında mübarizə aparan komanda da mövsümü qızıl medallarla başa vurub. İlqar Mənsimovun yetirmələri çempionatın 30-cu turunda səfərdə “Səbail”i 4:1 hesabıyla məğlub edərək, çempionatın başa çatmasına 2 tur qalmış çempionluğunu təmin edib. “Sabah”ın U-16 komandasının üzvü Babamirzə Mehdiyev mövsümün ən yaxşı futbolçusu seçilib.

U-17 Liqasında mübarizə aparan komanda da öz yaş qrupunda ən güclü olub. Liqanın son turunda səfərdə “Qəbələ”ni minimal hesabla məğlub edən Saşa Yunisoğlunun yetirmələri mövsümü 94 xalla çempion kimi başa vurub. “Sabah”ın U-17 komandasının üzvü Niyazi Osmanov çempionatın ən məhsuldar futbolçusu olub (35 qol).

Gənclər Liqasında mübarizə aparan “Sabah”ın U-19 komandasını da liqanın iddialı kollektivlərindən biri kimi qeyd etmək olar. Son turlara qədər çempionluq uğrunda mübarizə aparan İqor Ponomaryovun komandası mövsümü üçüncü pillədə – bürünc medallarla başa vurub.

Qeyd edək ki, AFFA-nın qərarı ilə 2022/23 mövsümündən etibarən 12 və daha aşağı yaş qruplarından ibarət liqalarda nəticələr qeydə alınmır. “Sabah” Futbol Akademiyasının komandaları nəticələrin qeydə alındığı bütün liqaları medalla başa vurublar. Belə ki, 4 komanda (U-13, U-15, U-16 və U-17) son mövsümdə qızıl, 1 komanda (U-14) gümüş, 1 komanda (U-19) isə bürünc medal qazanıb.

sites - Futbolinfo.az

U-13

site - Futbolinfo.az

U-14

356051361 1327389881206242 6680059767204333044 n - Futbolinfo.az

U-15

sekil - Futbolinfo.az

U-16

WhatsApp Image 2023 05 23 at 23.58.13 - Futbolinfo.az

U-17

356074530 681023984038177 7079669564319590228 n 1 - Futbolinfo.az

U-19

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp