İlon Maskla Mark Sükerberq arasındakı döyüş “Kolizey”də keçirilə bilər.

“Döyüşün Kolizeydə keçirilmə variantı var”, – deyə dünyanın ən varlı insanı İlon Mask öz şəxsi hesabında yazıb. Bir müddət əvvəl isə o, hadisələri Roma imperiyasında cərəyan edən “Brayanın həyatı” filmindən kiçik bir hissə paylaşmışdı.

TMZ tabloidinin məlumatına görə həftənin ilk günlərində İtaliyanın mədəniyyət naziri Cennaro Sanculiano Sükerberqlə əlaqə quraraq döyüşün təşkilində kömək göstərməyə hazır olduğunu bildirib. Biznesmenin nümayəndələri UFC-nin rəhbəri Danni Vaytla bu variantı müzakirə ediblər. Məlumata görə Vayt döyüşün keçirilməsində maraqlıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp