Polşada rusiyalı hokkeyçi həbs edilib. Onu ölkənin xüsusi xidmət orqanları tutub. Şübhəli şəxs 10 il azadlıqdan məhrum edilə bilər. Hələlik o, təcridxanada saxlanılır.

“Polşa ərazisində keçirilən axtarışlar nəticəsində ölkədə fəaliyyət göstərən casus şəbəkəsi aşkar edilib. Onların arasında Rusiya Federasiyası vətəndaşı da var. Həbs edilən şəxs prokurorluğa gətirilib və ona qarşı cinayət işi açılıb.

İstintaq nəticəsində məhbusun 1-ci liqanın peşəkar hokkeyçisi olduğu üzə çıxıb. Polşada o, önəmli infrastrukturlar barədə məlumat toplayıb ötürməklə məşğul olurdu. Həbs edilmiş Rusiya vətəndaşı 2021-ci ildən Polşa ərazisində idi”, – deyə Polşa hökumət orqanlarının bəyanatında məlumat verilib.

Qeyd edək ki, verilən məlumatda hokkeyçinin adı göstərilmir. Polşa orqanları onu Maksim C. kimi adlandırıb.

Polşada çıxış edən rus hokkeyçilərin sayı çox olmadığına görə həbs edilən şəxsin kim olduğunu bilmək elə çətin olmayıb. Böyük ehtimalla saxlanılan şəxs 20 yaşlı hokkeyçi Maksim Sergeyevdir.

Əlavə edək ki, Maksim son ildə Polşada həbs edilən 14-cü Rusiya vətəndaşıdır. Onların hamısının Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi bildirilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp