“Leypsiq” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Liverpul”un Portuqaliyadan olan hücumameylli yarımmüdafiəçisi Fabio Karvalyonu icarəyə götürüb.

20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Almaniya klubunun uğurları üçün çalışacaq.

Karvalyo “Liverpul”a ötən yay “Fulhem”dən keçmişdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 21 oyuna çıxıb, 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp