“Neftçi” bu gün “Matç TV” turnirində ilk oyununa çıxacaq. Bakılılar Rusiyada keçirilən turnirdə yerli “Zenit” ilə üz-üzə gələcək.

Saat 20:30-da “Qazprom Arena”da start götürəcək oyun “Matç TV” vasitəsi ilə canlı yayımlanacaq. Yarışa natamam heyətlə və baş məşqçisiz yollanan “ağ-qaralar” turnir çərçivəsində iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp