Latviya çempionatında 20-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.

Ramin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Futbolçumzun komandası hazırda 18 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp