Yeni mövsüm üçün hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Polşa “Legiya”sı ilə üz-üzə gələcək.

“Kössen Arena”dakı görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, “Qarabağ” 2020-ci ildə, Vətən Müharibəsinin getdyi dövrdə “Legiya” ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Pandemiyaya görə bir oyundan ibarət həmin mərhələdə Ağdam təmsilçisi Varşavada 3:0 hesabı ilə qalib gələrək qrupa yüksəlmişdi.

“Qarabağ” bu yay Avstriyadakı ilk yoxlama oyununda Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Komanda iyulun 4-də ÇSKA (Sofiya, Bolqarıstan) ilə də qarşılaşacaq.

Yoxlama oyunu
1 iyul

20:00. Qarabağ – Legiya
“Kössen Arena”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp