Bu gün Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun (Xorvatiya) futbolçusu Mahir Emrelinin doğum günüdür.

Futbolinfo.az xəbər verir ki, hücumçunun 26 yaşı tamam olur.

“Dinamo” bu münasibətlə sosial şəbəkə hesablarında paylaşım edib və oyunçusunu təbrik edib.

Mahir ötən ilin fevral ayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Forvard bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında “Konyaspor”da (Türkiyə) oynayıb.

184633 b8v7s9lwq7 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp