“Mançester Yunayted” icarə əsasında bu klubda çıxış edən iki futbolçu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, söhbət Marsel Zabitser və Vaut Veqhorstdan gedir.

Klub onların hər ikisinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Zabitser Mançester klubuna bu ilin yanvarında “Bayern”dən, Veqhorst isə “Börnli”dən gəlmişdi. Veqhorst “Mançester Yunayted”də 31 oyuna çıxıb, 2 qol və 3 assist müəllifi olub. Zabitser isə İngiltərə nəhəngində 18 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp