Bolqarıstanın “Arda” komandası yeni mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası Sofiya “Lokomotiv”i ilə üz-üzə gəlib.

Altı qolun qeydə alındığı qarşılaşma “Arda”nın məğlubiyyəti ilə bitib – 2:4.

Cəlal Hüseynov bu görüşün iştirakçısı olmayıb. Məşqçilər korpusu əvvəlki sınaq matçlarında start heyətdə meydana buraxdıqları müdafiəçiyə bu dəfə istirahət veriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp