“Qalatasaray” ötən mövsümün ikinci yarısı üçün “Sassuolo”dan icarəyə götürdüyü Kaan Ayhanı birdəfəlik transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin saytı məlumat yayıb.
28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün klub 2 milyon 800 min avro təzminat ödəyib.
Xatırladaq ki, Türkiyə millisinin üzvü olan Kaan Ayhan “Qalatasaray”da meydana çıxdığı 6 matçda 1 qol vurub.