Bakıda keçirilən Qoşulmama hərəkatının bəyanatları arasında idman da yer alıb. Hərəkat gələn il Parisdə keçiriləcək Olimpiya oyunlarına Ruisya və Belarus idmançılarının buraxılmasını tələb edib.

120 ölkənin üzvü olduğu qurum idmanın siyasətdən uzaq olmasını tələb edir. Onların fikrincə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın beynəlxalq yarışlarda iştirak etmək hüququ var.

Bu bəyanat Rusiya və Belarusda böyük ümidlə qarşılanıb. Bundan başqa BOK-un prezidenti Tomas Bax da bəyanata öz mövqeyini bildirib. Olimpiya komitəsinin rəhbəri idmanın siyasətdən kənarda olmasına çalışır. Lakin bunu reallaşdırmaqda çətinlik çəkir. Əsas səbəb siyasi təzyiqlərdir.

Tomas Bax bəyanata fikrini bildirərək onun qəbul edilməsində Azərbaycan prezidenti İlham Əliyevin cəsarətini və rolunu xüsusi qeyd edərək təşəkkürünü ifadə edib. Onun fikrincə, 120 ölkənin qətiyyətli mövqeyi idmançıların yarışlara buraxılması ilə bağlı yekun qərara ciddi təsir göstərəcək.

Shares: