Bu mövsüm Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq “Karvan”ın ev oyunlarının keçirəcəyi Yevlax şəhər stadionunun ot örtüyü müasir standartlara cavab verən qazonla əvəzlənib.
Futbolinfo.az xəbər verir ki, 5000 azarkeş tutumuna malik olan arenanın ot örtüyünə toxum səpilib və sulama sistemi müasir tələblərə cavab verən avadanlıqlarla əvəzlənib.
Qeyd edək ki, arenanın 1-ci Liqanın ilk turuna qədər tam hazır olacağı bildirilir.