“Kevin Medina mənim heyətə qatmaq istədiyim oyunçudur. Amma son durumun nə yerdə olduğunu bilmirəm”. Bunu futbolinfo.az-a açıqlamasında bu mövsüm Türkiyə Super Liqasına yüksələn “Rizəspor”un baş məşqçisi İlhan Palut deyib.

46 yaşlı çalışdırıcı klublar arasında anlaşma əldə edilib-edilmədiyi barədə məlumata sahib olmadığını bildirib: “Sadəcə, onu çoxdan izləyirdim. Bəyəndiyim müdafiəçidir. Mövsüm sona çatanda da klub rəhbərliyinə bildirdim ki, heyətə qatmaq istəyirəm. Danışıqlar gedirdi, amma prosesdə nə dərəcədə irəlilədiyimizi deyə bilməyəcəm. Mən “Konyaspor”da işləyərkən də Kevin Medinanı istəmişdim. O zaman alınmamışdı”.

Palut Azərbaycanda yerli futbolçuları da izlədiyini bildirib: “Türk dövlətlərindən olan bir futbolçunun burada yerli statusunda çıxışına izn verildikdən sonra bəzi ölkələrdən olan oyunçuları izlədim. Xüsusən Özbəkistan və Azərbaycandan futbolçulara baxdım. Konkret ad çəkə bilməyəcəm, amma oyunlarını izlədiyim futbolçular var. Bəlkə gələcəkdə onlardan hansınısa transfer edə bilərəm”.

Shares: