Rumıniyanın “Rapid” (Buxarest) klubu baş məşqçi Adrian Mutu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Bildirilib ki, o, artıq yeni mövsümdə komandanın baş məşqçisi olmayacaq. Klub prezidenti Daniel Nikulae bu ayrılığın səbəbini Mutunun özünə yeni yol seçməsi ilə izah edib.

Xatırladaq ki, Rumıniya mətbuatı Azərbaycan klubu “Neftçi”nin baş məşqçiliyə əsas namizədinin məhz Mutu olduğunu iddia edir. Paytaxt təmsilçisinin yaxın zamanda bu təyinatı açıqlaması gözlənilir.

Shares: