PSJ İspaniyanın “Malyorka” klubunun və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan İn PSJ tarixində ilk cənubi koreyalı oyunçudur. Klub onun transferi üçün İspaniya təmsilçisinə 22 milyon avro ödəyib. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
2022/23 mövsümündə Li Kan “Malyorka”nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 qol ötürməsi verib.