Britaniya qran-prisində dünən keçirilən təsnifat mərhələsindən sonra bugünkü yarışın start düzümü məlum olub. Karyerasında 27-ci dəfə poul qazanan Maks Ferstappen yenə də yarışa birinci yerdən start verəcək. Son iki yarışda xeyli inkişaf edən “Maklaren” komandasının pilotları onun arxasınca düzülüblər.

Onlardan sonra “Ferrari”lərdən Lekler və Sayns, ardınca isə “Mersedes” pilotları Rassel və Həmilton yer alır. Həftənin əsas qəhrəmanlarından Aleksandr Elbon 8, Fernando Alonso 9, Pyer Qasli 10, Niko Hülkenberq isə 11-ci yerdən yarışa start verəcək. Ferstappenin komanda yoldaşı Serxio Peres daha bir uğursuz təsnifat keçirdiyinə görə yarışa yalnız 15-ci başlayacaq.

Pit-leyndən də yarışa start verən sürücü olacaq. Çəndə nəzərdə tutulandan daha az yanacağı qalan Valteri Bottas cərimələnsə də, yarışa buraxılacaq.

Xatırladaq ki, Formula 1 üzrə Britaniya qran-prisinə bu gün saat 18:00-da start veriləcək.

Shares: