Uimbldon turnirinə görə Londonda olan Rojer Federer boş vaxtlarında müxtəlif tədbirlərə dəvət alır. Əfsanəvi tennisçini əksər ulduzlar öz konsertlərində görməyi arzulayırlar. Bu dəfə Federer açıq havada keçirilən “British Summer Time Hyde Park” festivalına təşrif buyurub. Orada o, Brüs Sprinqstin və “The E Street Band” qrupunun konsertini izləyib.
“Böyük dəbilqə” seriyalı turnirlərdə 20 dəfə çempion olan isveçrəli tennisçi həm Sprinqstin, həm də Con Bon Covi ilə şəkil çəkdirib.
Xatırladaq ki, bir həftə ərzində Federer bunlardan başqa Elton Con və “Coldplay” qrupunun konsertlərində də olub.