Bir neçə gün əvvəl MBA-da “Dördlər finalı”nın olacağı ilə bağlı xəbər vermişdik. Bu gecə liqa rəsmi olaraq turnirin formatı və komandalarını, bir də qalibə veriləcək kuboku təqdim edib.
Yarış hər biri 5 komandadan ibarət 6 qrupda keçiriləcək. Qrupların üçü Şərq, üçü də Qərb konfransının komandalarından ibarətdir.
1-ci qrup: Filadelfiya, Klivlend, Atlanta , İndiana, Detroyt
2-ci qrup: Miluoki, Nyu-York, Şarlott, Mayami , Vaşinqton
3-cü qrup: Boston, Bruklin , Çikaqo , Toronto, Orlando
4-cü qrup: Memfis, Finiks, Leykers, Yuta, Portlend
5-ci qrup: Denver, Klippers, Nyu-Orlean, Dallas, Hyuston
6-cı qrup: Sakramento, Qolden-Steyt, Minnesota, Oklahoma, San-Antonio
Püşkatma zamanı ötən il müntəzəm çempionatdakı cədvəl əsas götürülüb. Ən yüksək yerlərdə olanlar güclülərin səbətində yer alıb. Bunda əsas məqsəd qrupları gücünə görə bərabər bölüşdürmək olub.
Hər komanda qrupda 4 oyun keçirəcək. Sonra isə 8 komandanın iştirakı ilə pley-off olacaq. Orada qalib olan komandalar “Dördlər finalı”nda iştirak edəcək. Müxtəlif konfransda çıxış edən komandalar finala qədər üzləşə bilməyəcək. Buna görə də finalda hər konfransın bir komandası oynayacaq.
Qalib komandanın hər bir oyunçusuna 500 000 dollar mükafat veriləcək. Çempionluq oyununda məğlub olanların payına 200 000, yarımfinallarda mübarizəni dayandıranların payına isə 100 000 düşəcək.