“Valensiya” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Levante”nin yarımmüdafiəçisi Pepelunu transfer edib.

24 yaşlı ispan futbolçunun transferi “Valensiya”ya 5 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb, 100 milyon avro qiymət qoyulub.

“Levante”nin yetirməsi olan Pepelu “Tondela”, “Vitoriya” (Gimaraynş) və “Herkules”də də oynayıb.

Shares: