“Mercedes”in rəhbəri Toto Volf  Pep Qvardiola ilə aralarındakı bənzərliklərdən danışıb. Xatırladaq ki, “Mançester Siti”nin baş məşqçisi Britaniya qran-prisində alman komandasının fəxri qonağı kimi yarışı bokslardan izləyirdi.

“Dəyərlər və konsentrasiya tamamilə eynidir. Pep öz futbolundan danışanda sanki özümü Formula 1-dən danışan görürəm.

Çox paralellər aparmaq olar. O, fantastik mövsüm keçirərək komandası ilə treblə imza atdı. Bizim də nailiyyətlərimiz böyükdür. Ardıcıl 8 çempionluq asan məsələ deyil. İndi yenidən həmin zirvələrə qayıtmalıyıq.

Əlbəttə ki, Xosep qeyri-adi insandır. Əla da dostdur”, – deyə “Mercedes” komandasının icraçı direktoru “Sky” kanalına müsahibəsində qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp