“Qarabağ” 2023-24 mövsümündə Azərbaycana ilk UEFA reytinq xallarını qazandırıb. Futbolinfo.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la görüşdə qazanılan qələbə sayəsində mümkün olub.

Ağdam təmsilçisinin 2:1 hesablı səfər qələbəsi Azərbaycana 0,250 xal qazandırıb. Bununla son 5 mövsümdə ölkənin ümumi reytinqi 14,500-ə çatıb. Avropa ölkələri sırasında 29-cu pillədə qərarlaşan Azərbaycan özündən bir addım öndəki Slovakiyadan cəmi 0,125 xal geri qalır.

Reytinqə 88.928 xalla İngiltərə başçılıq edir. İspaniya (75.927) ikinci, İtaliya (71.569) üçüncü yerdədir.

Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp