Dünən Azərbaycan klubları üçün avrokubokda 28-ci mövsüm başladı. “Linkoln”la oyun isə “Qarabağ”ın qitə yarışlarında 20-ci startı oldu.

Çempionlar Liqasının Cəbəllütariqdə baş tutan qarşılaşması bir sıra yubileylərlə də əlamətdar oldu. Belə ki, klublarımız qitə turnirlərində 50-ci ölkənin təmsilçisi ilə üz-üzə gəldi. “Linkoln” üzərində qələbə həm də avrokuboklardakı 125-ci qalibiyyətimiz idi. “Qarabağ”ın Çempionlar Liqasında 20-ci qələbəsini qazandığını da qeyd edək.

Oyuna əlavə olunan dəqiqələrdə fərqlənən Yassin Benzia da yubileylərdə rol oynadı. O, Çempionlar Liqasında ümumilikdə 100-cü, ağdamlıların bu turnirlərdə 60-cı qolunun müəllifi kimi tarixə düşdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp