İtaliya komandası gələn il Parisdə keçiriləcək Yay Olimpiya oyunları üçün formalarını təqdim edib. Bütün formalar məşhur “Armani” firması tərəfindən hazırlanıb.

Təqdimat mərasimində 2016-cı ildə voleybol komandası ilə gümüş medal qazanan Simon Canelli və bədii gimnastika növündə Tokioda bürünc mükafat əldə edən Alessiya Maurelli iştirak edib.

Polo tipli köynəklərin üzərində İtaliya himninin ilk sözləri yazılıb. Himnin ilk bəndi isə gödəkçələrin astarına həkk edilib.

“2012-ci ildən etibarən İtaliya Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edirəm. İdman formaları üçün yeni dizaynlar axtarmaq hər zaman məni ilhamlandırıb. Burada eleqantlıq və rahatlıq vəhdət təşkil etməlidir.

Parisdə geyinmək üçün gözəlliyi və milli cizgiləri özündə birləşdirən formalar tikmişik. Bu amil idmançıları yarışlarda bayrağımız üçün mübarizədə daha əzmkar etməlidir”, – deyə Corcio Armani qeyd edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp