“Yuventus” Leonardo Bonuççi ilə yollarını ayırır. Turin klubu təcrübəli müdafiəçisinə yeni müqavilə təklif etməyəcək.

Futbolunfo.az xəbər verir ki, Bonuççi özü də “Yuventus”dan getmək istəyir. Lakin o, gələn yay – anlaşması bitdikdən sonra – MLS klublarından birinə yollanmaq niyyətində idi. Gəl ki, klub Leonardonu elə indi yola salmağa tələsir.

Vəziyyətin belə alınmasından faydalanmaq istəyən “Latsio” hərəkətə keçib. Romalıların baş məşqçisi Mauritsio Sarri vaxtilə birlikdə işlədiyi müdafiəçini yanına çağırır. Bonuççinin hansı qərarı verəcəyi bəlli deyil.

Xatırladaq ki, İtaliya millisinin üzvü 2010-cu ildən “Yuventus”dadır. O, yalnız 2017-ci ildə 42 milyon avroya “Milan”a satılmış, növbəti ilə 37 milyona geri qaytarılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp