“Real”ın baş məşqçisi Karlo Ançelotti vergi ödəməkdən yayındığı üçün ittiham olunur.

Futbolinfo.az “El Mundo”ya istinadən xəbər verir ki, o, 2014-cü ildə İspaniya klubunda çalışdığı dönəmdə əldə etdiyin gəlirin bir hissəsini gizlədib. Buna görə, italiyalı mütəxəssis məhkəmə qarşısında cavab verəcək.

Bir ay əvvəl – iyunun 12-də Ançelottinin London Ali Məhkəməsində keçmiş klubu “Everton”a qarşı iddia qaldırdığına dair xəbər ortaya çıxmışdı. Bu, “ümumi kommersiya müqavilələri və razılaşmalar”a aid idi.

İyulun 11-də isə Valensiya şəhərinin Kiçik Səhmdarlar Assosiasiyasının (APAVCF) İspaniya prokurorluğuna Ançelotti haqda şikayət məktubu ünvanladığı haqda xəbər vermişdik.

İtaliyalı mütəxəssis 2013-2015-ci illərdə də “Real”ın “sükanı arxasında” olub. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp