Azərbaycanın daha bir para-atleti Səid Nəcəfzadə 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Futbolinfo.az xəbər verir ki, idmançı buna eyni şəhərdə təşkil olunan dünya çempionatında uzunluğa tullanma növündə 7,11 metr nəticə göstərmək nail olub.

Nəcəfzadə yarışda bürünc medalı qazanıb.

Daha əvvəl milli komandanın üzvləri Lamiyə Vəliyeva və Oloxan Musayev Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp