İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliyanın “Atletiko Paranaense” komandasından Vitor Roke transfer olunub.

Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. 18 yaşlı hücumçu 2023/2024 mövsümündə icarə əsasında hazırkı klubunda çıxış edəcək.

Gənc forvard bir dəfə Braziliya millisinin də formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp