Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubunun qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə üz-üzə gələcək.

İyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” ilk matçında Qətərin “Əl-Sədd” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp