Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan “Mingəçevir” klubun yeni baş məşqçisi müəyyənləşib. Ötən mövsümün ikinci yarısında komandada baş məşqçi səlahiyyətlərini müvəqəti olaraq icra edən Sönməz Quliyev bu mövsümdən komandanın yeni baş məşqçisi olacaq. Bu barədə futbolinfo.az saytına klubunun mətbuat katibi Elnur Qasımov məlumat verib.

Komandanın hazırlıq planı barəsində də açıqlama verən Elnur bəy komandanın avqustun 1-də bir araya gələcəyini bildirib: “İlk 10 gün daha çox seleksiyaya xarakterli məşqlərimiz olacaq. Avqustun 20-dən 30-dək isə toplanışın ikinci mərhələsi baş tutacaq. Həmin müddətdə komanda 10 gün ərzində Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində məskunlaşacaq”.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp