“Milan” “Alkmaar”ın futbolçusu Ticani Reyndersi transfer etməyə çalışır. Niderland klubu italiyalıların 20 milyon avro + bonuslardan ibarət təklifinə tezliklə cavab verməlidir.

Futbolinfo.az xəbər verir ki, “Alkmaar” 25 milyon avro tələb edir, lakin digər təkliflərlə müqayisədə “Milan”ın müraciəti ən sərfəlisidir. Ona görə də keçidin reallaşma ehtimalı böyükdür. “Rossonyerlər” həftənin sonunadək müsbət cavab alacağına ümid edir.

24 yaşlı mərkəz müdafiəçisi karyerası boyunca yalnız vətənində oynayıb. 3 ildir “Alkmaar”a məxsus olan futbolçunun 2027-ci ilin yayınadək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp