Futbol üzrə Cənubi Koreya çempionatında 22-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Jeonbuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Anton bu görüşün iştirakçısı olmayıb. Cəzalı olan futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Daejeon” hazırda 30 xalla 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp