“Fənərbaxça” Moskva “Dinamo”sunun futbolçusu Sebastian Şimanskini transfer edir.

Futbolinfo.az İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Polşalı futbolçu ötən mövsümü icarə əsasında “Feyenoord”da keçirib.

Türkiyə mətbuatı bu transfer üçün “Fənərbaxça”nın 8-9 milyon avro təzminat ödəyəcəyini yazıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp