Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Latsio”nun futbolçusu  Sergey Milinkoviç-Saviçi transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Bu transfer üçün “Əl-Hilal” İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı yeni klubunda ilinə 20 milyon avro qazanacaq.

Saviç 2015-ci ildən “Latsio”da oynayırdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp