Azərbaycanlı futbolçu Vüsal İsgəndərli İrəvanda məşqə çıxıb. Çalışmalar İrəvan Futbol Akademiyasının stadionunda keçirilib.

27 yaşlı futbolçu 2 gün əvvəl yeni komandası olan Albaniya “Eqnatia”sı ilə birgə Ermənistana yollanıb. İsgəndərlinin komndası Konfrans Liqasında Ermənistanın “Ararat-Armenia” klubuna rəqib olub. Bu komandalar 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcəklər. İlk oyun bu gün, cavab matçı iyulun 20-də Albaniyada olacaq.

İsgəndərli bu matçlar üçün UEFA-ya sifariş olunub. Bugünkü oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

showpic el100 6 - Futbolinfo.az
showpic el100 3 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp