Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin daha 29 oyunu baş tutacaq. Dünən reallaşan iki qarşılaşmanın ardınca Azərbaycan təmsilçilərinin II raunddakı potensial rəqibləri də ilk matçlarını keçirəcəklər.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcəklər. “Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcək.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatia”sı Ermənistanda “Ararat”ın qonağı olacaq. 28 yaşlı yarımmüdafiəçinin də meydana çıxması gözlənilən oyunun start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.

Konfrans Liqası

I təsnifat mərhələsi (ilk oyunlar)

19:00 Ararat (Ermənistan) – Eqnatia (Albaniya)

19:00 Eskaldes (Andorra) – Vikinqur (Farer adaları)

19:00 Pünik (Ermənistan) – Narva (Estoniya)

19:00 Tobol (Qazaxıstan) – Honka (Finlandiya)

19:30 Makedoniya GP (Makedoniya) – RFŞ (Latviya)

19:30 Zilina (Slovakiya) – Levadiya (Estoniya)

20:00 Paneveys (Litva) – Milsami (Moldova)

20:00 Haka (Finlandiya) – Krusayders (Şimali İrlandiya)

20:00 Maqpes (Cəbəllütariq) – Dandalk (İrlandiya)

21:00 Alaşker (Ermənistan) – Arsenal (Monteneqro)

21:00 Domjale (Sloveniya) – Baltsan (Malta)

21:00 Dukaqcini (Kosovo) – Avropa (Cəbəllütariq)

21:00 Qzira (Malta) – Qlentoran (Şimali İrlandiya)

21:00 Hegelman (Litva) – Şkupi (Şimali Makedoniya)

21:00 Riqa (Latviya) – Vikinqur (İslandiya)

21:00 Torpedo (Gürcüstan) – Sarayevo (Bosniya və Herseqovina)

21:30 Dunayska Streda (Slovakiya) – Dila Qori (Gürcüstan)

21:30 Niederkorn (Lüksemburq) – Qyilani (Kosovo)

21:30 Penibont (Uels) – Santa Koloma (Andorra)

22:00 Torşavn (Farer adaları) – Derri Siti (Şimali İrlandiya)

22:00 Akureyri (İslandiya) – Konnahs (Uels)

22:00 Tirana (Albaniya) – Dinamo (Batumi, Gürcüstan)

22:00 Şkendiya (Şimali Makedoniya) – Haverford (Uels)

22:00 Vaduts (Lixtenşteyn) – Neman (Belarus)

22:30 Sutyeska (Monteneqro) – Kosmos (San Marino)

22:30 Jelezniçar (Bosniya və Herseqovina) – Dinamo (Minsk, Belarus)

22:45 La Fiorita (San Marino) – Zimbru (Moldova)

22:45 Linfild (Şimali İrlandiya) – Vlazniya (Albaniya)

23:00 Maribor (Sloveniya) – Birkirkara (Malta)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp