Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib. 15 matçı ümumilikdə 101 799 tamaşaçı izləyib.

Ən yüksək göstərici “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. 1:1 hesabı ilə başa çatan görüşdə 27 328 tərəfdar olub. “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”ə 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb. “Viktoriya” stadionundakı matçda tribunada 683 nəfər var imiş.

“Qarabağ” və “Linkoln” komandaları arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp